AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə NATO İnnovasiya Fonduna qoşulub - KİV

  • + A
  • - A
  • 28-07-2023, 23:23

    Bu ölkə NATO İnnovasiya Fonduna qoşulub -


    Türkiyə Avropanın ən böyük texnologiya fondu olan NATO İnnovasiya Fonduna qoşulub.

    Azadmedia.az-ın məlumatına görə, Türkiyənin Sənaye və Texnologiya nazirliyi prezident Rəcəb Tayyib Ərdoğanın 24 iyul 2023-cü il tarixli qərarı ilə ölkəni təmsil etmək üçün NATO İnnovasiya Fonduna qoşulub.

    Belə ki, bu fond, 1 milyard avroluq fond, 1 milyard vətəndaşı olan ittifaq, eyni zamanda Avropanın ən böyük texnologiya fondudur.

    Bundan əlavə, NATO-nun Madrid Zirvə Toplantısında Türkiyənin də daxil olduğu 23 ölkənin maliyyə öhdəlikləri və gərgin əməyi sayəsində yaradılan NATO İnnovasiya Fondu, Vilnüs Sammitində ictimaiyyətə açıqlanıb.

    Qeyd edək ki, Alyansın 1 milyard vətəndaşının təhlükəsizliyinin qorunmasına xidmət edəcək texnologiyaları maliyyələşdirəcək 1 milyard avroluq fond, eyni zamanda, Avropanın ən böyük texnologiya fondudur. NATO İnnovasiya Fondu innovasiya ekosistemlərinin gücləndirilməsində, dərin texnologiyalar sahəsində maliyyə ehtiyaclarının ödənilməsində və hazırlanmış texnologiyaların istifadəyə verilməsində fəal rol oynayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR