Rusiya nəhayət iqtisadi böhrandan çıxıb. İndi sistemli şəkildə öz iqtisadiyyatının sürətli inkişafına keçə bilər.
Azadmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, “Biz böhrandan çıxmışıq və bugünkü standartlarla kifayət qədər sürətli inkişaf perspektivlərimiz var. Bu, unikaldır”, - deyə Peskov bildirib.
Həmçinin Peskov qeyd edib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar onların gözlədiyi kimi uğurlu alınmadı.
Qeyd olunub ki, “Rusiyanın ölkəyə qarşı genişmiqyaslı sanksiya təzyiqinin öhdəsindən gələ bildiyi bir çox amillər var. Bu amillər vətənpərvərlik və ölkə əhalisinin birliyidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.