Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərinin meri Andrey Bolşakov rüşvət alarkən güllələnərək saxlanılıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, mer İstintaq Komitəsinin əməkdaşlarına atəş açıb, lakin sonradan onlar onu zərərsizləşdirə biliblər. Məmurun avtomobilindən bir milyon rubl tapılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.
Məmurun saxlanması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.