AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Qazaxıstan neftin Bakı-Supsa kəməri ilə nəqlinə başlamaq imkanlarını nəzərdən keçirir

  • + A
  • - A
  • 8-08-2023, 14:20

    Azərbaycan və Qazaxıstan neftin Bakı-Supsa kəməri ilə nəqlinə başlamaq imkanlarını nəzərdən keçirir

    Qazaxıstan və Azərbaycan Bakı-Supsa boru kəməri ilə neft nəqlinə başlamaq imkanlarını nəzərdən keçirir. Azadmedia.az xəbər verir ko, bu barədə Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev hökumətin iclası çərçivəsində jurnalistlərə bildirib.

    "Biz artıq Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracı ilə bağlı razılıq əldə etmişik və Bakı-Supsa kəməri ilə tədarükün başlanmasının mümkünlüyü müzakirə olunur. Bundan əlavə, xəbər verdiyimiz kimi, Qazaxıstan neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracına başlayıb”, - deyə o bildirib.

    Nazirin sözlərinə görə, bu tədarüklər Qazaxıstan neftinin tranziti ilə bağlı əvvəllər bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilir.

    Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bir qədər əvvəl dediyi kimi, 2023-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan tədarüklər 1,125 milyon ton neft təşkil edəcək.

    "Hər ay Azərbaycan Qazaxıstan neftini daşıyan 12-dən 14-ə qədər tanker alır. Bu, qənaətbəxş haldır. Tərəflər arasında ilkin razılaşma bu il 1,5 milyon ton neftin nəqlini nəzərdə tuturdu. Lakin tədarükün bu ilin aprelində başlandığını nəzərə alsaq. , 2023-cü ilin sonuna kimi 1,125 milyon ton neft nəql edə biləcəyik”, - deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR