Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin tamamilə bağlanmasını istisna etmir.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Finlandiya Sərhəd Xidmətinin rəsmisi Mikko Lehmusun sözlərinə görə, ölkə rəhbərliyi rusların ciddi axını olacağı təqdirdə bir neçə ssenarini nəzərdən keçirir.
Qeyd edək ki, “Əgər ruslar heç bir əsas olmadan gəlsələr, onlara giriş qadağan olunacaq. Helsinki dövlətin təhlükəsizliyinə təhdid yarandığı təqdirdə sərhədi də bağlayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.