ABŞ Prezidenti Co Bayden Ukrayna hərbçilərinin Amerika F-16 qırıcıları üzərində təlim keçməsini təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun vitse-spikeri Sabrina Sinq məlumat yayıb.
Belə ki, təlim prosesinə Danimarka və Niderland rəhbərlik edir.
Bununla Prezident Bayden təlim prosesinə "yaşıl işıq yandırdı".
Qeyd edək ki, iyul ayında Ağ Ev Ukrayna pilotlarına F-16 qırıcısında təlim keçmək üçün icazənin gecikdirilməsinə etiraz etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.