Rusiyaya tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddialara qarşı Qırğızıstanda dron və Pilotsuz Uçuş Aparatlarının ixracı qadağan edilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov bildirib.
Belə ki, "Qırğızıstan müstəqil ölkədir. Bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq və çoxtərəfli xarici siyasət aparacağıq”, - deyə o əlavə edib.
Həmçinin Japarov Rusiya və Ukraynaya qarşı əvvəldən neytral mövqe tutduqlarını və bu mövqedən sadiq qalacaqlarını vurğulayıb.
Qeyd edək ki, Qırğızıstan ABŞ, Avropa İttifaqı və İngiltərə ilə məsləhətləşmələrdən sonra hərbi və “ikili istifadəli materialların” qeyri-qanuni ticarətinin qarşısını almaq üçün bir sıra tədbirlərə başladığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.