"Qarabağ" Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda HJK-dan üstün olub. Bakıda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” və Finlandiya HJK komandaları arasında Bakıda keçirilən oyunu yenicə başa çatıb.
Hesabı 55-ci dəqiqədə meydan sahibləri açıb - yarımmüdafiəçi Leandro Andrade fərqlənib. 77-ci dəqiqədə HJK-nın hücumçusu Antoni Olusanya cavab qolunu vursa da, əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış “Qarabağ”ın yarımmüdafiəçisi Juninyo daha bir qol vuraraq komandasına qələbə qazandırıb.
Cavab qarşılaşması avqustun 18-də Helsinkidə keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.