Finlandiya ABŞ-la müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi müzakirə edir.
Azadmedia.az-ın məlumatına görə, bu barədə TASS bildirib.
Belə ki, "Müzakirə olunan sazişin parlamentdə təsdiqi üçün üçdə iki səs tələb oluna bilər. Finlandiyanın NATO-ya üzvlüyü üçün bu tələb olunmurdu", - deyə portal qeyd edir.
Qeyd edək ki, razılaşmanın məqsədi ABŞ-ın Finlandiyadakı hərbi obyektlərini və ərazilərini, məsələn, təlim, silahların saxlanması və texnikaya qulluq üçün təmin etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.