AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın “Abşeron” yatağından ilk qaz hasilatı açıqlanıb

  • + A
  • - A
  • 11-08-2023, 19:05

    Azərbaycanın “Abşeron” yatağından ilk qaz hasilatı açıqlanıb

    2023-cü ilin iyul ayında Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 100 milyon kubmetr qaz hasil edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.

    "Əməliyyat məlumatlarına əsasən, 2023-cü il avqustun 1-nə "Abşeron" yatağından 100 milyon kubmetr təbii qaz və 40,4 min ton kondensat hasil edilib", - məlumatda deyilir.

    Qeyd edək ki, yataqda hasilat 2023-cü ilin iyulunda başlayıb. Abşeron potensial təbii qaz ehtiyatlarına görə Azərbaycanın Şahdənizdən sonra ikinci yatağıdır. Onlar 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat həcmində qiymətləndirilir.

    Yataq 2001-ci ildə kəşf edilib. Onun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 il müddətinə müqavilə 2009-cu ilin fevralında imzalanıb.

    Birinci mərhələdə hasilatın 1,5 milyard kubmetr, sonra isə ildə 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

    2023-cü il avqustun əvvəlində “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Abşeron” qaz yatağındakı səhmlərinin 15%-nin Abu Dabi Milli Neft Şirkətinə (ADNOC) satışı haqqında saziş imzalayıb. Müqavilə başa çatdıqdan sonra TotalEnergies SOCAR (35%) və ADNOC (30%) ilə birlikdə qaz yatağında 35% paya sahib olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR