ABŞ Prezidenti Co Bayden fəlakətli yanğınların qeydə alındığı Maui adasını ziyarət edə biləcəyini bildirib.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Amerika lideri jurnalistin Mauiyə səfərinin mümkünlüyü ilə bağlı sualına “Biz bunu nəzərdən keçiririk” cavabını verib.
Belə ki, Havay adalarının qubernatoru Con Qrin şənbə günü bildirib ki, adada baş verən yanğınlar ABŞ-da son əsrin ən ölümcül yanğını olub.
Qeyd edək ki, Avqustun 9-da Mauidə meşə yanğını başlayıb. Güclü külək nəticəsində yanğın qısa zamanda turizm şəhəri olan Lahaynaya keçib və nəticədə şəhər tamamilə yanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.