AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dağıstanda matəm elan olundu - SON DƏQİQƏ

  • + A
  • - A
  • 15-08-2023, 10:58

    Dağıstanda matəm elan olundu -


    Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.

    Azadmedia.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

    Belə ki, avqustun 14-də Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində ölənlərin sayı 27-yə çatıb, 102 nəfər hospitala yerləşdirilib.

    Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR