Böyük Britaniyada otellərdə saxlanılan qeyri-qanuni mühacirlər sığınacaq gəmilərinə köçürüləcək.
Azadmedia.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
Belə ki, “Britaniyalı vergi ödəyiciləri qeyri-qanuni immiqrantları ölkə daxilində otellərdə yerləşdirmək üçün gündə 5-6 milyon funtsterlinq ödəyirlər”, - deyə Sunak bildirib.
O, həmçinin, otellərdə qalan qaçqınların yerli əhaliyə təzyiqlər yaratdığını vurğulayıb.
Qeyd olunub ki, “Alternativlər tapmalıyıq, sığınacaq gəmisi də bunlardan biridir. Ona görə də bu məsələdə qərarlıyıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.