AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da son əsrin ən ölümcül yanğını - Co Bayden Havay adalarına səfər edəcək

  • + A
  • - A
  • 16-08-2023, 13:09

    ABŞ-da son əsrin ən ölümcül yanğını -


    Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden bildirib ki, Havay adalarında baş verən meşə yanğınları ABŞ-da son əsrin ən ölümcül yanğını olub.

    Azadmedia.az xarici KİV-ə istinadla bildir ki, Co Bayden yanğınlar nəticəsində çox sayda adamın öldüyü Havay adasını ziyarət edəcəyini bildirib.

    Belə ki, Viskonsin ştatının Milvaukee şəhərində çıxış edən ABŞ prezidenti Havay adalarında baş verən meşə yanğınlarını qiymətləndirib.

    Həmçinin "Həyat yoldaşım Jill ilə ən qısa zamanda Havaya gedəcəyəm" deyən Co Bayden bu məsələni əyalət qubernatoru ilə müzakirə etdiklərini söyləyib.

    Qeyd edək ki, yanğınlar nəticəsində evlərini tərk edən ailələrə 700 dollar birdəfəlik ödəniş ediləcəyini açıqlayan Co Bayden Fövqəladə Halların Agentliyinin fəlakət qurbanları üçün gördüyü işlərə toxunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR