"Ağ Ev Azərbaycan və Ermənistana diplomatiya yolu ilə sülh əldə etməkdə kömək etməkdə davam edir".
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
“Biz müxtəlif səviyyələrdə dialoq və diplomatiya səviyyəsini saxlamışıq və bu, Milli Təhlükəsizlik Şurası, cənab Ceyk Sallivan və cənab Con Faynerdən tutmuş Dövlət Departamentinə qədər davam edir. Demək istədiyim odur ki, biz diplomatiya yolu ilə daha yaxşı nəticə əldə edə biləcəyimizi görmək üçün bununla mütəmadi məşğuluq”, - deyə Kirbi qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.