Ukraynada “hərbi əməliyyat” başa çatdıqdan sonra Quranın yandırıldığı dövlətlərlə “məşğul olmaq” lazım gələcək.
Azadmedia.az xəbər verir ki, bu sözləri Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
“Hazırda bütün müsəlman dünyası görünməmiş bir problemlə üz-üzədir. Qərb ölkələrində Qurani-Kərimin yandırılması istiqamətində davam edən aksiyalar vəziyyəti dönüşü olmayan həddə çatdırır. İslam dövlətlərinin rəhbərlərini oyanmağa və dinimizi istənilən cinayətkar təcavüzdən qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Əks halda, çox gec olacaq”, - deyə Çeçenistan rəhbəri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.