Budapeşt Bakı ilə Macarıstana 1 milyard kubmetr qaz tədarükünü razılaşdırıb. Azadmedia.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Biz Azərbaycanla on ildən artıqdır ki, tərəfdaşıq. Hazırda bizim müqaviləmiz var, ona əsasən bu ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz almağı planlaşdırırıq. Bununla belə, gələcəkdə bu həcmin təxminən 1 milyard kubmetr qaza çatdırılması ilə bağlı aydın siyasi razılıq da əldə olunub”, - deyə nazir bildirib.
Xatırladaq ki, Macarıstanın ən böyük topdansatış təbii qaz treyderi MVM CEEnergy ilə Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında tədarükünə 2023-cü ilin dördüncü rübündə başlanacaq 100 milyon kubmetr qazın satışına dair müqavilə imzalanıb. Artıq SOCAR Macarıstanın anbarlarına ilk 50 milyon kubmetr qazın vurulmasına başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.