İraqın şimalında hәyata keçirilәn “Pençe-Kilit” əməliyyatı bölgəsində PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində bir hərbçi şəhid olub.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumatda deyilir: ''25 avqust 2023-cü il tarixində “Pençe-Kilit” əməliyyatı zonasına PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan əsgər Erkan Selçuk xəstəxanaya çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.