Şimali Koreya hakimiyyəti "Covid-19"la bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar xaricdə yaşayan vətəndaşlarının ölkəyə qayıtmasına qoyulan qadağanı ləğv edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Belə ki, Şimali Koreya Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahının yaydığı bəyanatda deyilir: “Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki ölkə vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”.
Qeyd edək ki, qayıdanlar bir həftə tibbi müşahidə üçün təcrid olunacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.