İslamabadın baş hakimi İmran Xanın həbsinin dayandırılmasına dair hökm çıxarıb və onun mühakiməsinin ölkə qanunlarına zidd olduğunu bildirib.
Bu barədə Pakistan mətbuatı məlumat yayıb.
O, polisə və Pakistan Federal Təhqiqat Agentliyinə Pakistanın keçmiş baş nazirinə qarşı korrupsiya işi üzrə yeni araşdırmalar aparmağı və nəticələri məhkəməyə təqdim etməyi tapşırıb.
Qeyd edək ki, bu il avqustun 14-də Pakistanın keçmiş baş naziri antikorrupsiya məhkəməsi tərəfindən korrupsiya və mənimsəmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra İmran Xan Lahor şəhərində polis tərəfindən həbs edilərək İslamabaddan 50 km aralıda yerləşən Atak həbsxanasına köçürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.