ABŞ Prezidenti Co Bayden yaxınlaşan İdalia qasırğasının mümkün fəsadları ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi qərarını təsdiqləyib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Co Baydenin 27 avqust 2023-cü il tarixindən etibarən İdalia qasırğası ilə əlaqədar əyalət, qəbilə və yerli müdaxilə səylərini dəstəkləmək üçün federal yardım əmrini təsdiqlədiyi bildirilib.
Belə ki, "Prezidentin bu qərarı Daxili Təhlükəsizlik Departamentinin Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) bütün fəlakətlərə yardım səylərinə nəzarət etmək və əhalinin sağlamlığını və təhlükəsizliyini qorumağa imkan verir'',- deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, İdalia qasırğasının çərşənbə günü (avqustun 30-da) Florida sahillərinə çatacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.