Misirin Luksor şəhərində “Tivoli Nil” adlı sərnişin gəmisinin batması nəticəsində iki ekipaj üzvündən biri ölüb, digəri isə itkin düşüb.
Azadmedia.az -ın xarici KİV-ə əsasən, məlumatına görə, sərnişin gəmisi Luksorda texniki baxış zamanı batıb.
Luksor Valiliyindən verilən açıqlamada, batan gəmidəki 2 misirli personaldan birinin öldüyü, birinin isə itkin düşdüyü bildirilib. İtkin düşən şəxsin tapılması istiqamətində əməliyyatların davam etdiyi qeyd olunub.
Luksor valisi Mostafa Alham verdiyi açıqlamada sərnişin gəmisinin 2010-cu ildən bəri xidmət vermədiyini və qış turizmi üçün texniki baxışdan keçirildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.