Dünya Bankı Türkiyədə zəlzələ bölgələrinə 1 milyard dollar dəyərində maliyyə yardımı edəcək.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi məlumat yayıb.
Belə ki, bildirilib ki, yardımın 296,5 milyon dolları Ekologiya və Şəhərsalma Nazirliyi, 252,2 milyon dolları Səhiyyə Nazirliyi, 388,3 milyon dolları isə İLBANK layihələrində istifadə olunacaq.
Qeyd edək ki, "Dünya Bankının Türkiyədə zəlzələdən zərərçəkmiş ərazilərin yenidən qurulmasına verdiyi dəstək son dərəcə əhəmiyyətlidir. Həm beynəlxalq dairələr, həm də öz resurslarımız tərəfindən verilən imkanlar daxil olmaqla, bu ərazilərin bərpası üçün çalışacağıq", - deyə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.