İsrail İordaniya ilə sərhəddə hasarlar quracaq.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Teleqramda bildirib.
“Biz Misirlə cənub sərhədində hasarlar qurduq və qanunsuz miqrantların İsrailə girişini dayandırdıq. Bu, ölkəmizi məhv edə biləcək Afrikadan bir milyondan çox qanunsuz miqrantların ölkəyə girişinin qarşısını aldı.
İndi biz İordaniya ilə şərq sərhədində hasarlar quracağıq və o bölgədən də sızmanın qarşısını alacağıq.
Sərhədlərimizi qoruyacağıq – ölkəmizi qoruyacağıq!”, - siyasətçi qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.