AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmətli həmfikirlər!

  • + A
  • - A
  • 4-09-2023, 12:58

    Hörmətli həmfikirlər!

    Azərbaycan Respublikası Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan "Masallı Təhsil Fondu" 01 sentyabr 2023-ci il tarixdən DİM-nin 2023/2024-ci tədris ilində tələbələrin Ali məktəblərə qəbulunu nəzərə alaraq Masallı şəhər 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərini bitirmiş aztəminatlı ailələrin qız övladlarının Dövlət Pedaqoji Universitetlərində təhsil almaqlarına kömək məqsədi ilə sənədlərin təqdimatlarına start verildi.
    Bildiyiniz kimi "Masallı Təhsil Fondu" 3-ildir ki fəaliyyət göstərir.Bu müddət ərzində 160 nəfər aztəminatlı ailələrin qız övladlarına köməklik edilmiş,onlara təhsil haqqları və təqaüdlər ödənilmişdir.
    Masallı Təhsil Fondunun əsas məqsədi Dövlət Pedaqoji Universiterlərində təhsil alan qızları yüksək ixtisaslı kadr kimi hazırlamaqdan ibarətdir.
    Qızların təhsil alması gələcəkdə erkən nigahın baş verməməsi üçün əsas işlərdən biridir.
    2023/2024-ci tədris ilində Masallı Təhsil Fondu tərəfindən tələbələrin qeydiyyatı Fondun əməkdaşları tərəfindən aparılır.
    Bu tədris ilində təxminən 50-nəfərə yaxın tələbə qızlar Fondun köməyindən istifadə edə biləcəklər.
    Bütün tələbələrə uğurlar arzulayırıq.

    Masallı Təhsil Fondunun direktoru:Hüseyn Hüseynov
    Masallı Təhsil Fondunun əməkdaşı:Rəmzi Şahverdiyev







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR