AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Çin arasında külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var - İqtisadiyyat Nazirliyi

  • + A
  • - A
  • 4-09-2023, 19:58

    Azərbaycan və Çin arasında külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var -


    Azərbaycan və Çin arasında gəmiqayırma, bərpa olunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma, şəhər infrastrukturunun qurulması kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var.

    Azadmedia.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin ilə keçirilən görüşdə bildirilib.

    Bundan başqa, sənaye sahələrinin modernləşdirilməsinin əhəmiyyəti və Çinin bu sahədə qabaqcıl təcrübəsi nəzərə alınaraq bu sahələrdə də birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün imkanların geniş olduğu vurğulanıb.

    Görüşdə, sənaye sahəsində investisiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təmin etmək üçün həyata keçirilə biləcək potensial tədbirlər müzakirə edilib.

    Həmçinin Çinin aparıcı şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi qeyd edilib, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

    Tərəflər Azərbaycan və Çin arasında sənaye sahəsində investisiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təmin etmək üçün həyata keçirilə biləcək potensial tədbirlər barədə fikir mübadiləsi aparıb.

    Görüşdə həmçinin Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları və digər potensial layihələr barədə müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR