Bu ilin əvvəlindən Azərbaycan təbii qazının Avropaya nəql olunduğu Trans-Adriatik Boru Kəməri (TAP) ilə 7,59 milyard kubmetr “mavi yanacaq” vurulub. Bu barədə TAP AG konsorsiumu məlumat yayıb.
2020-ci il dekabrın 31-dən bu günə kimi TAP vasitəsilə ümumilikdə 27,09 milyard kubmetr qaz nəql edilib. Bunun 1,37 milyard kubmetri Bolqarıstana, 2,85 milyard kubmetri Yunanıstana, 22,65 milyard kubmetri isə İtaliyaya göndərilib.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə 2020-ci ilin sonunda başlayıb. Hazırda TAP-ın ötürmə qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonuna qədər onun 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Trans-Adriatik boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.