Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı bu ilin yanvarında Davosda Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü məmnunluqla xatırlandı.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritetlər sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olundu.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı, Bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənubi Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***11:50
Prezident İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.