BMT-nin Baş katibi Antonio Quterreş bu müharibənin ədalətli sonluqla bitməsində maraqlı deyil. O, əslində nə baş verdiyini belə başa düşmür.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Belə ki, "O, Ukraynada baş verənləri tamamilə şüurlu şəkildə dərk etməyən bir şəxs kimi mövqeyini açıq şəkildə əks etdirir və bu müharibənin ədalətli sonluqla bitməsini görməkdə qətiyyən maraqlı deyil. O, tamamilə Rusiyanın bu məsələyə baxışından asılıdır”, - deyə Podolyak bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.