Ukrayna qoşunlarının indi mümkün qədər çox silaha ehtiyacı var.
Azadmedia.az xəbər verir ki, bunu Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rüstəm Umerov deyib.
Belə ki, "Biz hərbçilərimizə yeni münasibət fəlsəfəsini tətbiq etməliyik və onlara lazım olan hər şeyi - silah, hərbi texnika, uniforma, avadanlıq, fərdi mühafizə vasitələri, ərzaq və dərmanla təmin etməliyik. Növbəti prioritet silahdır. Onlara indi də ehtiyacımız var”, - deyə nazir Umerov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.