Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Belə ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ zamanı 296 nəfər ölüb, 153 nəfəri isə xəsarət alıb.
Yeraltı təkanlar ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.