Qərb G20 sammitinin gündəmini ukraynalaşdırmağa nail ola bilməyib.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Belə ki, onun sözlərinə görə, G20-nin yekun bəyannaməsindəki “Ukrayna” bəndi bütün münaqişələrin həlli zərurəti kontekstində qeyd edilib.
Həmçinin Lavrov G20 sammitinin uğurlu keçdiyini də söyləyib. O, G20-nin hazırda daxili islahatlar dövrünü yaşadığını əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.