Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq:
"Sabah Paşinyanla danışacam. Bizim regionda gərginliyi azaltmağa çağırmaqdan başqa çarəmiz yoxdur. Ermənistanın atdığı addımlar yanlışdır. Sabahkı söhbətim zamanı Paşinyana xəbərdarlıq edib, ona bildirəcəyəm ki, qondarma Qarabağda seçkilər qəbuledilməzdir”.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti qondarma “seçkiləri” qəti şəkildə pisləməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı oyuncaq rejim əslində sülh prosesində maraqlı deyildilər, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutdular.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.