AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şolts Ukrayna məsələsini qiymətləndirib - G20 Sammitindən açıqlama

  • + A
  • - A
  • 11-09-2023, 14:09

    Şolts Ukrayna məsələsini qiymətləndirib -


    Almaniya kansleri Olaf Şolts G20-yə üzv ölkələrin bir daha nüvə silahından istifadəyə qarşı olduqlarını açıq şəkildə ifadə etdikləri üçün məmnun olduğunu ifadə edib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Olaf Şolts Hindistanda keçirilən G-20 liderlərinin sammitindən sonra təşkil etdiyi mətbuat konfransında Ukrayna məsələsini qiymətləndirib.

    Belə ki, “Mən şadam ki, G20-yə üzv ölkələr bir daha nüvə silahından istifadəyə qarşı olduqlarını açıq şəkildə ifadə etdilər'', deyə Almaniya kansleri vurğulayıb.
    Olaf Şolts qeyd edib ki, Avropa, Amerika, Asiya və Afrika ölkələrinin yeni birliyi var.

    Həmçinin o, "Hesab edirəm ki, bu sammitdə əldə olunan çox yaxşı nəticələrdən biridir. Bu əməkdaşlıq dünya ictimaiyyətinin Rusiya siyasətinin zorakılıq prinsiplərini düzgün hesab etmədiyini və bunu qəbul etmək məcburiyyətində qaldığını göstərib'', vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR