AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və İsrail arasında 2026-cı ilə qədər əməkdaşlığa dair “Yol xəritəsi” imzalanıb

  • + A
  • - A
  • 11-09-2023, 23:49


    Azərbaycan və İsrail arasında 2026-cı ilə qədər əməkdaşlığa dair “Yol xəritəsi” imzalanıb

    Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bazar ertəsi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd inkişafı naziri Avi Dixteri qəbul edib.

    Görüşdə tərəflər iki ölkə arasında bütün sahələrdə dinamik inkişafı qeyd edərək, aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

    “Görüşdə Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, kənd təsərrüfatının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahəsində ən müasir texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Kənd təsərrüfatı sahəsində tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi proqramları, suvarma sahəsində İsrail təcrübəsi məsələləri də müzakirə edilib”, - məlumatda qeyd olunur.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Danışıqların yekunu olaraq nazirliklər arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, o cümlədən “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi” imzalanıb.

    “Bu sahədə tədbirlərin səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur”, - deyə nazirlikdən bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR