BMT saxta İrəvan rejiminin Azərbaycan ərazisində keçirdiyi “prezident seçkiləri”nə cavab olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Xankəndində baş verən son hadisələr fonunda bu barədə brifinqdə BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik məlumat verib:
“Biz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlamaq və onlara tam hörmət etməyə çağırmaq istərdik”.
Azadmedia.az xatıərladır ki, ötən həftəsonu Qarabağda qanunsuz “seçkilər” təşkil olunub. Beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sabitliyin yaradılması səylərinə zərər vuran bu hadisəni pisləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.