Avstriyanın federal kansleri Karl Nehammer Türkiyənin AB-yə daxil olması ilə bağlı danışıqları dayandırmağı tələb edib.
Azadmedia.az xəbər verir ki, o, bu barədə “Die Welt”ə müsahibəsində deyib.
Belə ki, “Biz Ankara ilə Brüssel arasında daha da yaxınlaşmanın tərəfdarıyıq, lakin Türkiyənin AB-yə tamhüquqlu üzvlüyü ağlasığmazdır. Bir-birinizlə münasibətlərinizdə dürüst olmaq vacibdir. Bu, uzun illər dondurulmuş üzvlük danışıqlarının rəsmi şəkildə dayandırılmasını və yeni əməkdaşlıq konsepsiyasının hazırlanmasını əhatə edir”, - deyə o bildirib.
Qeyd edək ki, bununla yanaşı Avstriya kansleri Türkiyəni AB-nin əsas tərəfdaşı kimi tanıyıb, iqtisadi, eləcə də siyasi aspektlərdə qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan tərəfdaşlıq formasının yaradılmasını təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.