Bolqarıstanda NATO-nun çoxmillətli döyüş qrupu hərbi bazası üçün infrastrukturun tikintisi 55 milyon dollardan çox başa gələcək.
Azadmedia.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Todor Taqarev bildirib.
Belə ki, onun sözlərinə görə, kazarmaların, avadanlıqların saxlanması üçün binaların və yolların tikintisi 100 milyon bolqar levindən çox başa gələcək:
“Sofiyanın bu layihəni hazırlamaq üçün büdcə vəsaiti var, lakin NATO yenə də lazımi resursların bir hissəsini təmin edəcək. Baza üçün yer hələ müəyyən edilməyib, lakin çoxməqsədli döyüş qrupu ölkənin cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşə bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.