İsrail qırıcıları Suriyanın liman şəhəri Tartusa, eləcə də Rusiya hərbçiləri tərəfindən istifadə edilən aviabazaya zərbə endirib, nəticədə 2 suriyalı əsgər ölüb, 6-sı yaralanıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri məlumat yayıb.
Belə ki, bildirilib ki, Həmadakı hərbi baza və Xümsdəki Şuayrat aerportu zərbələrə məruz qalıb.
Qeyd edək ki, məlumata görə, baza Suriya Hərbi Hava Qüvvələrinin ən mühüm bazalarından biridir və Rusiya tərəfindən üsyançılara qarşı hərbi əməliyyatlarda istifadə edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.