Ermənistan tərəfi təxribatlarına son qoymur. Azərbaycan Müdafiə Nazirliyi yeni hücumla bağlı məlumat yayıb.
Bu gün axşam saatlarında Ermənistan tərəfi tərəfindən Gədəbəy rayonu istiqamətində növbəti artilleriya atəşi həyata keçirilib.
“Sentyabrın 16-da saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çyambarak rayonunun Cil qəsəbəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan ordusunun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Hədəf Gədəbəy rayonu, Eyrivəng kəndi olub”.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan hərbçiləri lazımi cavab tədbirləri görüb.
Qeyd edək ki, şənbə günü Ermənistan Silahlı Qüvvələrinin qanunsuz erməni hərbi birləşmələri tərəfindən kvadrokopterdən istifadə etməklə kəşfiyyat aparmağa, habelə səngərlər qazmağa cəhd göstərdiyi barədə məlumat yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.