ABŞ hökuməti Pakistanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında 3 milyard dollarlıq razılaşmanın əldə olunmasına yardımçı olub.
Belə ki, bu barədə “İntercept” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu yardım Vaşinqton və İslamabad arasında Ukraynaya silah satışı ilə bağlı gizli razılaşmalara cavab olub.
“Söhbət 2022-ci ilin yayından 2023-cü ilin yazına qədər sursat tədarükü ilə bağlı ABŞ-Pakistan gizli razılaşmalarından gedir. Silah satışı Ukrayna ordusunu təchiz etmək məqsədi ilə həyata keçirilib”, - nəşr bildirib.
Qeyd olunub ki, ABŞ-ın vasitəçiliyi ilə verilən BVF krediti Pakistan hakimiyyətinə seçkiləri təxirə salmağa, amansız repressiyaları gücləndirməyə və keçmiş baş nazir İmran Xanı həbs etməyə imkan verib.axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.