Almaniya Ukraynaya ümumi dəyəri 400 milyon avro olan əlavə hərbi və humanitar yardım paketi hazırlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius bildirib.
Belə ki, “Biz əlavə olaraq döyüş sursatı - partlayıcı və minaatan mərmiləri, mina əleyhinə raketlər tədarük edəcəyik. Çünki bunlar Ukraynanın ən çox ehtiyacı olan sursatlardır", - deyə nazir deyib.
Həmçinin Pistoriusun sözlərinə görə, Berlin bu paketin bir hissəsi kimi Kiyevi zirehli texnika, minalardan təmizləmə sistemləri, qış geyimləri, elektrik generatorları və istilik sistemləri ilə təmin edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.