AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TADEF-dən Ermənistanın hərbi təhdidlərinə qarşı Azərbaycanın antiterror tədbirlərinə dəstək BƏYANATI

  • + A
  • - A
  • 19-09-2023, 22:40

    TADEF-dən Ermənistanın hərbi təhdidlərinə qarşı Azərbaycanın antiterror tədbirlərinə dəstək


    Bakı, 19 sentyabr — Azadmedia.az


    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Ermənistanın hərbi təhdidlərinə qarşı Azərbaycanın antiterror tədbirlərinə dəstək

    BƏYANATI

    İkinci Qarabağ müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistan imzalamış olduğu üçtərəfli bəyənatın müddəalarını yerinə yetirməiş və əksinə Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərini davam etdirmiş, Azərbaycan dövlətinin Ermənistana doğru uzatmış olduğu sülh əlini hər dəfə geri çevirmişdir.

    Üçtərəfli Bəyanatın imzalanmasından keçən müddət ərzində Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer almışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 314 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olmuş, onlardan 61-i həlak olmuş, 253-ü isə ağır yaralanmışdır. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir.

    Bütün bunlara dözümlü yanaşan Azərbaycan Laçın-Xankəndi, sonradan isə Ağdam-Xankəndi istiqamətində hərəkəti təmin etmiş, Xankəndində yaşayan erməni sakinlərinin təhlükəsizliyi üçün daim xoşməramlı niyyətini ifadə etmişdir.

    Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin Ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoyub. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olub. Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdədir.

    Biz, Türkiyədə yaşayan soydaşlar olaraq, Qarabağda törədilən təxribatların qarşısının alınması, bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.
    TADEF olaraq müzəffər Ali Baş Komandan İLHAM ƏLİYEVİN Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyir, onun yanında və əmrində olduğunu bəyan edirik.

    Can Azərbaycanımıza Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də qələbə arzulayırıq!


    TADEF İH


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR