AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT layihəyə yekun vurdu

  • + A
  • - A
  • 20-09-2023, 11:35

    QHT layihəyə yekun vurdu

    "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunmasında internet resurslarının imkanlarından istifadənin əhəmiyyəti ilə bağlı tədbirlərin təşkili” adlı layihəsinə yekun vurub.

    Layihə rəhbəri Nəzakət Həsənova deyib ki, 3 ay ərzində həyata keçirilən layihə çərçivəsində şəhid ailələri və qazilərinin hüquqlarının təmini istiqamətində internet tv-lərdə 6 verliş hazırlanıb. Həmin verlişlərin youtube kanalı üzərindən geniş piarı həyata keçirilib. Facebok sosial şəbəkəsində olan quruplarda verlişlər ətrafında müzakirələr aparılıb.

    Onun sözlərinə görə, layihənin əsas məqsədi şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin təbliğatının aparılmasında elektron imkanlardan səmərəli istifadə etməkdən ibarətdir: “Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən internet tv-lərdə 6 ədəd verliş hazırlıb. Bu verlişlərin yotube kanalı üzərindən yayımı həyata keçirilib. Layihənin hədəf qurupu şəhid ailələri və qazilər olacaq. İlkin olaraq bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə müzakirələr aparılıb. Daha sonra hazırlanan verlişlərin təbliğatı həyata keçirilib ki, verlişlər vasitəsi ilə bu qəbildən olan vətəndaşlarımızın hüquqi maarifləndirilməsi işində vətəndaş cəmiyyətinin rolu artıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR