Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında hökumət binasının yaxınlığında etirazların qızğın vaxtında bir neçə tərəfdarları ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Belə ki, “O, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlayacaq. Bu, İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadə etməsini izah edir”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.