AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Antiterror tədbirləri qaçılmaz idi”

  • + A
  • - A
  • 22-09-2023, 09:06

    “Antiterror tədbirləri qaçılmaz idi”

    Tahirə Əmirova
    E. Şirəliyev adına 274 nömrəli tam orta məktəbin tarix müəllimi


    19-20 sentyabr keçirilmiş anti-terror tədbirləri zamanı Azərbaycan maksimum dərəcədə humanizm nümayiş etdirmişdir. Belə ki, mülki əhaliyə, infrastruktur obyektlərinə ziyan vurulmamış, yalnız hərbi obyektlər, qanunsuz silahlılar məhv edilmişdir. Təbii ki, bu Azərbaycan ordusunun həm şəxsi heyyətinin, həm də texniki baxımdan yüksək peşəkarlığı nəticəsində mümkün olmuşdur. Bu ordu öz peşəkarlığını 44 günlük müharibədə də göstərmişdir. Bu əməliyyatlarda da mülki əhaliyə faktiki olaraq ziyan dəyməmişdir. Ancaq legitim hərbi obyektlər məhv edilmişdir. Bu özünü ancaq peşəkar şəkildə aparmaq deyil, həm də beynəlxalq humanitar hüququn prinsiplərinə tam şəkildə əməl etmək deməkdir. Bu bir daha sübut edir ki, Azərbaycanın hədəfində mülki erməni vətəndaşları yoxdur. Cənab prezidentin də qeyd etdiyi kimi biz erməni xalqını özümüzə düşmən hesab etmirik, bizim problemimiz oradakı milliyyətçi kəsimlə, faşizm düşüncəsi ilə hərəkət edən insanlarla Azərbaycana qarşı cinayət törədən, Azərbaycanın tarixi mədəni abidələrini dağıdan, Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım törədən şəxslərlədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR