Polşa və ABŞ Avropa ölkəsinin müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kreditin verilməsi haqqında saziş imzalayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Belə ki, "Onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Polşa Ukraynaya yardımda mərkəzi rolundan əlavə, müdafiə sahəsinə böyük sərmayə qoyaraq regional təhlükəsizliyi gücləndirməyə sadiqdir", - deyə bəyanatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.