Fransa Ermənistanın Sünik (Zəngəzur) bölgəsində konsulluq açacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna ölkəsinin erməniləri qorumaq üçün nə etməsi barədə suala cavabında deyib.
Belə ki, “Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Zəngəzur bölgəsində konsulluq mərkəzi açacağıq", - deyə Kolonna bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.