Estoniyanın Baş naziri Kaya Kallas digər NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Estoniya hökumət başçısı Tallində keçirilmiş Baltik Təhlükəsizlik Konfransı çərçivəsində “Deutsche Presse-Agentur” (DPA) agentliyinə bildirib.
Belə ki, Baş nazirin sözlərinə görə, ölkəsi gələn il müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,2 faizinə çatdıracaq.
Həmçinin Kallas onu da qeyd edib ki, hazırda təhlükə “soyuq müharibə” dövründəkindən də daha böyükdür, müharibə artıq Avropaya qayıdıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.