Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" aktivlərini sataraq Rusiya bazarından çıxmaq qərarına gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Belə ki, həmin məlumata görə, şirkətin Rusiyadakı bütün aktivlərinin "CommEX"ə satılması ilə bağlı razılıq əldə edilib. Bununla da şirkət Rusiya bazarından tamamilə çıxır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.